Ağstafada kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. İlkin məlumata görə, hadisə onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, Elvin Mübariz oğlu Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişə zəminində baş verib.
Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Qeyd edək ki, mərhumum iki qız övladı var.