Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb. O, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. S. Bağırov əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.