"Sumqayıtda bayraqla avtomobil təmizləyən şəxs saxlanılıb".
 
Bunu RePost.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov deyib.
 
"Bu gün sosial şəbəkələrdə yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.
 
Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.
 
S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu söyləyib.


Baxış sayı: 3162 | Tarix: 12.01.2022
Bizi Telegramda izləyin: @repostaz