Zəngilanda zəlzələ olub.
 
RePost.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:25-də Ordubad stansiyasından 49 km şimal-şərqdə Zəngilan ərazisində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
 
 Ermənistan Fövqəladə Hallar Nazirliyi zəlzələnin Qafanda 4-5 bal, Vayk və Exeqnazdor şəhərlərində 3-4 bal gücündə hiss edildiyi barədə məlumat yayıb.

Baxış sayı: 5138 | Tarix: 16.01.2022
Bizi Telegramda izləyin: @repostaz