Bərdə rayonunda 1973-cü il təvəllüdlü Məmməd ögey qardaşının qızı Pərvanəyə (adlar şərti verilib - red.) təcavüz edib.
RePost.Az Teleqraf.com-a istinadən bildirir ki, Məmməd 2021-ci ilin martın 22-dən 28-dək olan müddət ərzində özünə məxsus Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evində və martın 21-dən aprelin 1-dək olan müddət ərzində bacısı evində ögey qardaşı Bəhlulun 2006-cı il təvəllüdlü qızı Pərvanə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edib.
"Qardaşım ailə üzvlərini öldürüb"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Bəhlul adlı ögey qardaşı olub: "Bəhlulla atalarımız eyni, analarımız başqadır. O, qızı Pərvanə dünyaya gələndən 6 ay sonra arvadını, qayınanasını və özünü öldürüb. Həmin vaxtdan Bəhlulun yeganə övladı olan Pərvanə atam Tərlanın birinci arvadı Məlahətin qəyyumluğunda böyüyüb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ailə üzvləri - arvadı Vəfa, oğulları Namiq və Natiqlə birlikdə Bərdənin Şorəlli kəndində yaşayıb: "Böyük oğlum Namiq subay olsa da, kiçik oğlum Natiq 2019-cu ildə Bərdə rayonu Şorəlli kəndindən olan Ləmanla ailə qurub və həmin nikahdan Yavər adlı bir oğlan övladları dünyaya gəlib".
"Mənim evimə gəldiyini dedi"
Məmməd qeyd edib ki, 2021-ci il martın əvvəllərində günorta saatlarında işdə olan zaman mobil telefonuna tanımadığı nömrədən zəng gəlib: "Zəngə cavab verəndə danışanın Pərvanə olduğunu bildim. O mənə "Eliş" adlı taksi sürücüsünün avtomobili ilə evimə getdiyini, zəng etdiyi mobil nömrənin həmin sürücüyə məxsus olduğunu dedi. Ondan nə üçün nənəsi Məlahəti tək qoyduğunu soruşdum. Pərvanə nənəsi ilə dalaşdığını, bu səbəbdən mənim evimə getdiyini söylədi.
Dərhal Məlahətin ortancıl qızı Aytənə zəng etdim. Ona Pərvanənin nənəsi ilə mübahisə etdiyi üçün mənim evimə getdiyini, özümün də evə yollandığımı bildirdim. Aytən bir qədər sonra özünün də evə gələcəyini dedi.
Evə çatanda Pərvanənin bizdə olduğunu gördüm. Ondan hansı səbəbdən nənəsi ilə dalaşdığını soruşdum. Pərvanə nənəsinin çox əsəbi olduğunu, tez-tez özündən çıxdığını, buna görə də dalaşdıqlarını dedi.
Təxminən yarım saat sonra Aytən də gəldi. O da Pərvanə ilə dalaşaraq nə üçün nənəsini evdə tək qoyub evdən çıxdığını soruşdu. Aytən Pərvanə ilə mübahisə etdi, sonra getdi.
Pərvanəni taksi ilə aparıb nənəsinə təhvil verdim. Həmin vaxt həm Aytənə, həm də Məlahətin digər qızlarına zəng etdim, baş verənlər barədə məlumat verdim".
"Qonaq qismində evimdə qala biləcəyini söylədim"
Məmmədin ifadəsinə görə, bir-iki gün sonra ona tanımadığı mobil nömrədən zəng gəlib: "Özünü "Rəhim" adı ilə təqdim edən şəxs Pərvanənin nənəsi ilə yola getməməsi səbəbindən qəyyumluqdan çıxarılacağını, buna görə də əmisi olaraq Pərvanəni qəyyumluğa götürə biləcəyimi dedi.
Həmin şəxsə Pərvanənin məktəbli olmasını xatırlatdım, ailə üzvlərimin say çoxluğunu dedim. Pərvanəni qəyyumluğa götürə bilməyəcəyimi, ancaq qonaq qismində evimdə qala biləcəyini söylədim.
Rəhim mənə vaxtım olarsa, görüşüb söhbət etməyi təklif etsə də, vaxtım olmadığından onunla görüşə bilmədim".
"Həmişə əmi münasibəti bəsləmişəm"
Məmməd bildirib ki, martın 20-də işdə olarkən arvadı mobil telefon vasitəsilə ona zəng edib: "Digər ögey bacım Sevdanın Pərvanəni yaşadığımız evə gətirdiyin, Məlahətin müalicə üçün Bakı şəhərinə getdiyindən 3 gün bizdə qalmasını xahiş etdiyini, 3 gün sonra gələrək aparacağını deməsi barədə məlumat verdi. Pərvanənin 3 gün bizimlə birlikdə yaşamasına etiraz etmədim.
Pərvanə 3 gün ailə üzvlərim ilə birlikdə yaşadıqdan sonra Sevda gələrək onu aparmadı. Buna görə də Pərvanə yaşadığımız evdə qalmağa davam etdi.
Keçən günlər ərzində Pərvanə dəfələrlə mənimlə yanaşı oturmasına, yanaşı uzanmasına, birlikdə yemək yeməyimizə baxmayaraq, heç vaxt ona zorla və ya zor tətbiq etmə hədəsi ilə cinsi əlaqədə olmamışam. Pərvanəyə həmişə əmi münasibəti bəsləmişəm. Əvvəllər Pərvanəyə qəşəng qız olduğunu bildirsəm də, bunu deməkdə hər hansı mənfi məqsədim olmayıb. Bu sözləri yalnız və yalnız müsbət mənada işlətmişəm".
Məmmədin sözlərinə görə, bacıları və bacısı qızları, həmçinin Pərvanə onun üzünə durublar, guya Pərvanəni zorladığını deyiblər. O, bütün bunların böhtan olduğunu söyləyib.
"Əmim məndən xoşu gəldiyini dedi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərvanə deyib ki, doğulduqdan 6 ay sonra atası və anasını itirib: "Bu səbəbdən atamın anası, mənim nənəm Məlahətin qəyyumluğunda böyümüşəm. Hazırda orta məktəbdə təhsil alıram.
Məmməd ögey əmimdir. Əmim ailə üzvləri Şorəlli kəndində yerləşən evdə yaşayır. 2021-ci ilin fevralında əmim mənə zəng etdi, hal-əhval tutduqdan sonra məndən xoşu gəldiyini dedi. Əmimə bu söhbəti birdəfəlik bağlamağı, hər şeydən əvvəl əmim olduğunu xatırlatdım. Ancaq o, sözlərimə məhəl qoymadı".
"Özümü öldürmək istədim"
Pərvanənin sözlərinə görə, martın 8-də nənəsi Məlahət koronavirusa yoluxub: "Bu səbəbdən nənəm tez-tez əsəbiləşib, mənimlə mübahisə edirdi. Bundan sonra evdən çıxdım, özümü öldürmək istədim. Lakin fikrimdən daşındım. Həmin gün səhər saatlarında ögey əmim Məmmədlə mobil telefon əlaqəsi saxlayaraq günorta evinə gələcəyimi dedim. Saat 14.00-da əmimin yaşadığı evə getdim.
Evdə əmimin arvadından başqa heç kim yox idi, sonradan əmim də evə gəldi. Daha sonra bibim Aytən əmim Məmmədə zəng etdi, nənəmin məni axtardığını, əgər əmimgilin tərəfini saxlayaramsa, məndən birdəfəlik imtina edəcəyini dedi. Çünki içki düşkünü olması səbəbindən ögey əmim Məmmədən nənəmin xoşu gəlməyib.
Buna görə də elə həmin gün əmim məni tanımadığım taksidə nənəmlə yaşadığım evə çatdırdı".
"Dedi ki, sən məni bütün qızlardan soyutdun"
Pərvanə bildirib ki, martın 20-də nənəsi ilə arasında narazılıq olduğundan Bakı şəhərində yaşayan, amma həmin dövrdə Bərdə rayonunda olan bibisi Sevil onu əmisigilə aparıb: "Qarşıdakı günlər ərzində əmimin ailəsi ilə birlikdə qalacağımı bildiyimə görə şəxsi əşyalarımı, kitablarımı və paltarlarımı demək olar, hamısını özümlə götürmüşdüm.
Əmimgildə qaldığım üçüncü gün, yəni təxminən martın 22-23-də saat 16.00-da evin birinci mərtəbəsində olarkən əmim məni ikinci mərtəbədə yerləşən yataq otağına çağırdı. Əmimin arvadı hamamda çimirdi. Oğlanları isə evdə deyildilər.
Əmimin məni çağırdığı otağa daxil olaraq nə istədiyini soruşdum. Əmim çarpayıya əyləşdi, məni də yanında oturmağa dəvət elədi, söhbət edəcəyini dedi. Çarpayıya oturduqdan sonra əmim əli ilə boyun nahiyəmi və saçlarımı oxşamağa başladı. Dedi ki, sən məni bütün qızlardan soyutdun, çox qəşəngsən.
Mən isə əmimin əlini itələdim, ayağa qalxdım. Sonra gülə-gülə dedim ki, mən nə etdim, sən bütün qızlardan soyudun? Bu zaman əmim məni qucaqladı, boynumun sol tərəfindən öpməyə, getdikcə dodağıma yaxınlaşmağa başladı. Həmin vaxt əmim hərəkət etməməyim üçün bir əli ilə belimdən, digər əli ilə isə boynumdan tutdu. Zorla məni öpməyə başladı.
Təxminən 5 dəqiqə ərzində əmim məni zorla öpsə də, evin birinci mərtəbəsinin qapısının səsini eşidərək buraxdı, söhbəti dəyişərək məndən paltar istədi. Əmim mənə yenidən yaxınlaşmaq istəsə də, ondan uzaqlaşdım".
"Məni özünə tərəf sıxdı"
Pərvanənin ifadəsinə görə, ertəsi gün saat 05.00-da işə gedən əmisi saat 15.00-da evə qayıdıb: "Əmim saat 18.00-da gətirdiyi yükü boşaltmaq üçün işə yollandı və saat 20.00-da yenidən evə qayıtdı. Otaqda heç kim olmayan vaxt mənə bir gün əvvəl axşam saatlarında bildirdiyi kimi işə gedərkən üzümdən öpmək istədiyini, ancaq pis yatdığımdan sadəcə biləyimdən öpdüyünü dedi.
Ailə üzvləri ilə birlikdə evin zalında qaz sobasının yanında oturarkən əmim göz-qaş işarəsi etdi, yanında oturmağımı istədi. Mən də yanına oturduqdan sonra əlilə belimi oxşadı. Məni əvvəlcədən ailə üzvlərinə "bu gecə əmimlə birlikdə yatmaq istəyirəm" sözlərini deməyə məcbur etdiyindən yatmaq vaxtına az qalmış əmimin arvadına həmin sözləri dedim.
Əmim arvadı Vəfa isə buna heç bir etiraz etmədiyi üçün zalın küncündəki sobanın yanına uzandı. Əmim əvvəlcədən mənə özümü yatmış kimi göstərməyi tapşırdığından gözlərimi yumdum, özümü yuxululuğa vurdum. Elə həmin vaxt əmim keçərək mənimlə üzbəüz uzandı və belini divara söykədi. Bu zaman biz ayaqlarımızı sobaya doğru yanaşı vəziyyətdə uzanmışmışdıq.
Əmimin arvadı Vəfa isə otağın işıqlarını söndürdü, yatmağa getdi. Buna görə də əmim əlini mənim qurşaqdan aşağı nahiyələrimdə gəzdirdi, əynimdəki lasini aşağı endirdi. Daha sonra məni hər iki əli ilə istəmədiyim halda zorla özünə sıxdı, boynumdan, qulağımdan və dodağımdan öpməyə başladı".
"Hiss etmədim"
Pərvanə bildirib ki, həmin vaxt özündən asılı olmadan tamamilə donub və özünü itirmiş vəziyyətdə olub, bədəninə hakim ola bilməyib: "Sonra əmim məni digər tərəfimə çevirdi, məni soyundurdu. Bunun ardınca özü də soyundu. Mənimlə təbii yola cinsi əlaqədə oldu. Ağrı hiss etsəm də, qızlıq pərdəmin pozulub-pozulmadığını bilmədim.
Ağrı hiss etdikdə qabağa dartıldım, əmimin əlindən çıxmağa çalışdım. Bundan təxminən 1 saat sonra yenidən əmimin boynumu öpdüyünü hiss etdiyim üçün bədənim keyimiş idi. Əmimin mənimlə cinsi əlaqədə olmasını hiss etmədim".
"Mənimlə cinsi əlaqədə oldu"
Pərvanənin sözlərinə görə, martın 25-də yatan zaman kiminsə boynundan və dodağından öpdüyünü hiss edib: "Buna görə yuxudan oyandım. Məni öpənin əmim olduğunu gördüm. Sonra heç nə demədən getdi.
Martın 26-da axşam saatlarında əmimin ailə üzvləri ilə birlikdə zalda oturarkən Vəfa qəflətən əsəbiləşdi, işığı söndürdü və ikinci mərtəbədə yerləşən zala gedərək yatdı. Bu səbəbdən əvvəlki qaydada əmimlə yanaşı uzandım. Əmim məni üzü üstə döşəyə uzadaraq üzərimə uzandı, mənimlə cinsi əlaqədə oldu. Əmimin altında zorla çıxaraq otaqdakı divana getdim, orada yatdım. Həmin gecə əmim daha mənə yaxın gəlmədi".
"Əmimin etdiklərindən bezdiyimi dedim"
Pərvanə daha sonra ifadəsində əmisi tərəfindən bir neçə dəfə də təcavüzə məruz qalmasını çılpaqlığı ilə danışıb. Qeyd edib ki, əmisi həmçinin onu əxlaqsız hərəkətlərə də məcbur edib:
"Əmimin dediklərini etməyəndə hədə-qorxu gəlməyə başladı. Mən də məcbur qalaraq onun dediyini etdim. O mənə oral seks hərəkətləri etdirdi. Bu zaman qapımın döyüldüyünü bəhanə etdim, əlindən çıxdım. Əmimə etdiklərindən bezdiyimi, polisə məlumat verəcəyimi də bildirdim. Buna görə əmim dediklərimdən ehtiyat edərək evdən getdi".
Zərərçəkmiş qeyd edib ki, həmin gün axşam saatlarında bibisinə vatsapda mesaj yazıb, ortalıqda qaldığını söyləyib: "Bundan sonra mənə həmin şəbəkə vasitəsilə zəng etdi, nənəmin özünün nə etmək lazım olduğunu bildiyini dedi. Təxminən 5-10 dəqiqə sonra həmin sosial şəbəkə vasitəsilə bibimin qızına mesaj yazıb hal-əhval tutdum, nənəmə məni birdəfəlik qəyyumluqdan çıxarmağı deməsini istədim. Çünki özüm-özümdən iyrənirdim, nənəmin üzünə necə baxacağımı düşündüm".
Pərvanə qeyd edib ki, əmisi növbəti dəfə onunla cinsi əlaqədə olub: "Bu zaman dəfələrlə qışqırdım, kömək çağırdım və yaranan dəhşətli ağrılara dözə bilmədim. Təxminən 5 dəqiqə sonra əmim üzərimdən qalxdı. Həmin gün əmimin mobil telefonunu aldım və bıbim qızı ilə danışdım. Ondan nənəmin Bakı şəhərindən gələrkən yolüstü məni götürmək istədiyini öyrəndim.
Bir qədər sonra nənəm gəldi, məni oradan apardı. İki gün nənəmlə qaldıqdan sonra əmimin mənə yaşatdıqları barəsində narahat olduğuma görə bu məsələləri danışmağa qərar verdim. Baş verənləri bibimə danışdım. Bibim də nənəmlə söhbət etdi, daha sonra polisə müraciət etdik".
Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.
Məmməd 7 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib.