Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacağı "Kanal S"də vəzifə verilib.
 
RePost.Az lent.az-a istinadən xəbər verir ki, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.
 
Sözügedən kanal gələn ay yayıma başlayacaq.
 
Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub.
 
Müğənni hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.

Baxış sayı: 5879 | Tarix: 27.01.2022
Bizi Telegramda izləyin: @repostaz