Müğənni Afət Fərmanqızının həyat yoldaşı saxlanılıb.
APA TV xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları səhər saatlarında həyat yoldaşını saxlayıb:
“Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb, onu təhqir edib”.
APA-nın əldə etdiyi məlumata görə, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
Mamed Nanacanov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.