7 fevral tarixində axşam saatlarından başlayaraq 8 fevral tarixində gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
“Azərsu” ASC-dən RePost.Az-a verilən məlumata görə, bu Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədardır.

Baxış sayı: 4777 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz