Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 22 vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 710 366 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.
 
Ölkədə son sutka ərzində 17 889, hazırkı dövrədək isə 6 296 788 test aparılıb.

Baxış sayı: 5860 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz