Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Baxış sayı: 4169 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz