Ermənistan Azərbaycan və Rusiya Federasiyasına avtomobil nəqliyyatı əlaqəsinin bərpası ilə bağlı təklif təqdim edib və Bakıdan müsbət siqnal gözləyir.
 
"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
 
"Biz yollarla bağlı təklifləri formalaşdırıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab alan kimi biz avtomobil nəqliyyatı əlaqəsinin bərpası və tikintisi prosesini həyata keçirməyə hazırıq", - Paşinyan bildirib.

Baxış sayı: 6145 | Tarix: 09.02.2022
Bizi Telegramda izləyin: @repostaz