Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi prosesi davam etdirilir.
 
RePost.Az xəbər verir ki, bu gün 170-ə yaxın soydaşımız Rumıniyadan Azərbaycana yola salınacaq.
 
Ötən gün isə 50 nəfərin Bakıya gətirilməsi təmin edilib.
 
Qeyd edək ki, Moldova, Polşa, Slovakiyadan sonra Macarıstan da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını vizasız qəbul edir.

Baxış sayı: 5594 | Tarix: 27.02.2022
Bizi Telegramda izləyin: @repostaz