Az;rbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat edib.

RePost.Az
xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı məlumat yayıb.
 
Məlumata görə, uzun sürən xəstəlikdən sonra Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. 
 
Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Baxış sayı: 5081 | Tarix: 11.03.2022
Bizi Telegramda izləyin: @repostaz