Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Baxış sayı: 5309 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz