Rusiya Silahlı Qüvvələrinin 24 fevraldan indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

RePost.Az "Ölkə.az"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 24 500-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1077 ədəd tankı, 2610 ədəd zirehli döyüş maşını, 491 ədəd artilleriya sistemi, 163 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 81 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 867 ədəd nəqliyyat vasitəsi, 10 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 303 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 87 qanadlı raketi məhv edilib.


Baxış sayı: 3257 | Tarix: 04.05.2022
Bizi Telegramda izləyin: @repostaz