Rusiya Silahlı Qüvvələri Mariupolda ukraynalı hərbçilərin və mülki şəxslərin yerləşdiyi "Azovstal" zavodunun ərazisinə daxil olub.
 
BAKU.WS xəbər verir ki, bu barədə “Ukraynska Pravda” nəşri öz mənbələrinə istinadən məlumat paylaşıb.
 
Bildirilib ki, "Azovstal"da ağır döyüşlər gedir. Şəhərin müdafiəçiləri ilə heç bir əlaqə yoxdur. 
 
Mariupol meri Vadim Boyçenko mətbuata məlumatı qismən təsdiqləyib. 

Baxış sayı: 4967 | Tarix: 04.05.2022
Bizi Telegramda izləyin: @repostaz