Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Baxış sayı: 4701 | Tarix: 06.05.2022
Bizi Telegramda izləyin: @repostaz