“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçiriləcək.
 
RePost.Az oxu.az-a istinadla xəbər verir ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən tam orta məktəblərdə dərslər distant tədrisə keçəcək.
 
Həmin məktəblərin adını təqdim edirik:
 
1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;
 
2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
 
3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;
 
4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;
 
5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
 
6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;
 
7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;
 
8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
 
9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.
 
Sözügedən məktəblərin distanta keçəcəyi tarix hələ ki açıqlanmayıb.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.

Baxış sayı: 5005 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz