Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
 
Mərkəzdən verilən məlumata görə, N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə aparılıb.
 
Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub.
 
Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib. Artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib.

Baxış sayı: 6468 | Tarix: 31.05.2022
Bizi Telegramda izləyin: @repostaz