Ötən ilin yanvar ayında paytaxtın Pirallahı rayon sakini 40 yaşlı Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, aparılan araşdırma zamanı itkin düşmüş Lalə Ramazanovanın sevglisinin dostu tərəfindən qəsdən öldürülməsi müəyyən edilib.
Belə ki, Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürüb. O, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətində basdırıb.
Qətldən öncə Lalə Ramazanova və sevgilisi Emil Mirzəyev Telman Mövsümzadənin evində qonaq olublar. Bundan sonra Emil və Telman arasında mübahisə yaranıb və Emil evi tərk edib. Lakin Lalə Ramazanova evdə qalıb. Daha sonra Lalə ilə Telman arasında mübahisə 40 yaşlı qadının qətlə yetirilməsi ilə nəticələnib.
Ətraflı İTV-nin videomaterialını təqdim edirik: