SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında məlumat paylaşıb:
“SOCAR-ın Müşahidə Şurasının iclasında idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, Müşahidə Şurasının Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.