Azərbaycanda növbəti tədris ili sentyabrın 15-i başlayacaq.
Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrdə deyilir.
Tədris ili iyunun 14-də başa çatacaq.
Həmçinin sənədə əsasən, 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində tətil günlərinin sayı da bəlli olub.
Qeyd olunub ki, birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edəcək.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).