“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən ay DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.


Baxış sayı: 7133 | Tarix: 08.08.2022
Bizi Telegramda izləyin: @repostaz