32 il əvvəl Azərbaycan torpağında qanunsuz məskunlaşan ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. Namərdliyi ilə ad çıxaranlar gedərkən sığındıqları evlərini yandırır, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə vəhşiliklərini bir daha sübut edirlər.
 
Laçından çıxarılan ermənilər bu dəfə də yaxınlarının qəbirlərini dağıdır, başdaşlarını sökürlər.
 
Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə yayımlanıb.
 
Kadrlardan da göründüyü kimi, onlar qəbirləri dağıdaraq illər öncə ölmüş qohumlarının qalıqlarını da özləri ilə aparırlar.
 
Qeyd edək ki, ermənilər eyni hərəkəti Ağdam və Kəlbəcəri tərk edərkən də etmişdilər. Onlar orada da evləri və mülki obyektləri yandırıb, yaxınlarının qəbirlərinin başdaşlarını sökərək Ermənistana daşıyıblar.
 
Baş verənlərin fonunda xatırlatmaq lazımdır ki, Laçının Zabux kəndindən çıxmağa hazırlaşan ermənilər də murdar xislətlərini göstərməkdə davam edirlər. Onların illərdir yaşadıqları evləri yandırdıqlarını erməni teleqram kanallarında yayımlanan videogörüntülərdə görmək olur.
 
Vandallıq qanlarında olan ermənilər sözügedən cinayəti törədərkən bildiriblər ki, o evlərdə yaşamaq onların özlərinə qismət olmayıbsa, türklərə də qismət olmasın.
 
Ətraflı Baku TV-nin süjetində:

Baxış sayı: 3542 | Tarix: 15.08.2022
Bizi Telegramda izləyin: @repostaz