Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9 813 nəfər vəfat edib, aktiv xəstə sayı 3 346 nəfərdir.
 
Ölkədə son sutka ərzində 3 191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.

Baxış sayı: 5214 | Tarix: 02.09.2022
Bizi Telegramda izləyin: @repostaz