ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinin Irəvanda verdiyi bəyanatları izlədik. Mən bizim Amerikapərəst müxalifətdən soruşuram: Nensinin verdiyi bəyanatlarda sülhə, əmin-amanlığa, birgə yaşayışa, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına çağırış oldumu?
Mən görmədim. Gördüyüm o oldu ki, ABŞ Ermənistanı silahlandırmağa və maddi dəstək verməyə hazırdır. Ermənistanın Rusiya ilə ABŞ arasında seçim etməyə təşfiq etdi. Azərbaycanın ünvanına saysız ittihamlar yağdırdı. İranı da vurdu. Bəzi erməni ekspertləri deyir ki, Nensi Pelosinin əsas hədəfi Ermənistanı İran və Rusiyadan qoparmaqdır, xüsusən İranı mühasirəyə salmaqdır...
Bizim amerikapərəst müxalifət bunları görmürmü? Görür. Niyə etiraz etmir? Hə, onlar hesab edir ki, tezliklə ABŞ-ın köməyi ilə iqtidara gələcək...
Dünyada hər şey ola bilər. Siz də iqtidara gələ bilərsiz. Ancaq gələndən sonra nə edəcəksiz? İndiyə qədər qan töküb can verdiyimiz torpaqların önəmli bir hissəsin "barışıq" adı altında düşmənə qaytaracaqsız. Dağlıq Qarabağa isə faktiki dövlət statusu verəcəksiz. Niyə? Çünki Amerikanın çaldığı ilə oynayacaqsız. İndi siz ABŞ-ın əleyhinə bir kəlmə deyə bilmirsiz. Amerikadan gələn total xarakterli anti-Azərbaycan, anti-Türkiyə çıxışlarına etiraz etmirsiz. Heç tükünüz də tərpənmir. İqtidarda gəlsəniz özünüzü Amerikanın qarşısında nökər kimi apacaqsız və Azərbaycanı Ermənistanın ayağına verəcəksiz...
Görmürsüz ki, ABŞ Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeydə dayanıb? Yunanıstandan Türkiyəyə, Ermənistandan isə Azərbaycana qarşı istifadə edir. Əlbəttə, xalqın iradəsinə söykənən müxalifət ABŞ-a etiraz edərdi, özü də son dərəcə kəskin şəkildə. Siz isə Amerikadan dəstək gözləyirsiz ki, açıq şəkildə deyirsiz ki, bizə kömək edin ki, iqtidara gələk. Gələndən sonra da, dediyim kimi, Azərbaycanı düşmən tapdağına verəcəksiz...
Nə Azərbaycana, nə də Türkiyəyə Amerikapərəst, Rusiyapərəst, İranpərəst siyasətçi və ya siyasi partiya lazım deyil. Biz müvafiq olaraq Azərbaycanpərəst, Türkiyəpərəst olmalıyıq. Axı yad qapısında bizim nə işimiz var...
18 yaşlı gənclərimiz ona görə şəhid olmur ki, kimlərsə gedib yabançı dövlətlərin, xüsusən ermənilərə dəstək verən ABŞ-ın qoltuğuna sığınsın...