Sentyabrın 27-də günorta saatlarında bütün Azərbaycan ərazisində Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-dan etibarən ölkə ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılacaq.Bakıda, şəhər və rayonlarda, ölkənin bütün yaşayış məntəqələrində, eləcə də Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya endiriləcək.
 
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsinə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda anım günü kimiqeyd olunur.

Baxış sayı: 4777 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz