Bu gün səhər saatlarında "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
 
Xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək bort-kompüter vasitəsilə yoxlayıb.
 
Yoxlamanın hansı məqsədlə aparılmasını öyrənmək üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.

Baxış sayı: 3504 | Tarix: 28.09.2022
Bizi Telegramda izləyin: @repostaz