Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.
 
Qafqazinfo xəbər verir ki, bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb. Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.
 
Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:
 
Səlim Müslümovun öz mülkiyyətində:
 
- Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)
 
Oğlu Turqay Müslümlünün mülkiyyətində:
 
- Bakı şəhəri Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat)
 
Oğlu Asim Müslümlünün mülkiyyətində:
 
- Bakı şəhəri Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)
 
- Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat)
 
Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:
 
- Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)
 
Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:
 
- Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)
 
- Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)
 
- Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)
 
Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:
 
- Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)
 
Qaynı Ağaxan Xasayevin mülkiyyətində:
 
- Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)
 
- Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat)
 
- Bakı şəhəri Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).
 
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Baxış sayı: 4340 | Tarix: 04.10.2022
Bizi Telegramda izləyin: @repostaz