Bakıda qadın və azyaşlı uşağı küçədə gecələyirlər.
Bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərin paytaxtın Xətai rayonu, "Həzi Aslanov" metro stansiyasının yaxınlığında lentə alındığı deyilir. İlkin məlumata görə, ana və övladı ərazidəki qəbiristanlığın yanındakı zibillikdə qalırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər barəsində araşdırma aparılır:
"Həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi təmin olunacaq".