Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən və dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter“ səhifəsində məlumat yayıb.
Həmçinin, terror qurbanı olan uşaqlar barədə məlumatlar da dərc olunub: “Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş“.