Qətərdə keçirilən DÇ-2022-nin B qrupunun ilk matçında İran və İngiltərə yığmaları qarşılaşır.
Apasport.az xəbər verir ki, matçdan öncə ölkələrin himni səslənərkən Asiya təmsilçisinin futbolçuları dövlət himnini oxumaqdan imtina ediblər.
Onlar ölkədə baş verən son siyasi proseslərə etiraz olaraq bu addımı atıblar.
Qeyd edək ki, ilk hissədən sonra İngiltərə millisi 3:0 hesabı ilə qalib gəlir.