İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin məsləhətçilərindən biri Suriyada öldürülüb.
Bu barədə SEPAH öz bəyanatında məlumat verib.
Qeyd olunub ki, polkovnik Davud Cəfəri Dəməşq yaxınlığında yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində həyatını itirib.
İran polkovnikin ölümündə İsraili ittiham edib.