Prezident İlham Əliyev: Fransa Azərbaycan-Ermənistan arasında sülh prosesində iştirak edə bilməz.
RePost.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxşı zamanı deyib.
“Və bu bizim yox, onların öz səhvidir. Belə ki, nə ABŞ, nə Rusiya heç vaxt rəsmi səviyyədə kiminsə tərəfini tutmayıblar”, - deyə prezident qeyd edib.
Ölkə başçısı Emanuel Makronun Praqa görüşündən bir neçə gün sonra Azərbaycanı tənqid etdiyini və Bakının törətmədiyi məsələlərdə ittiham etdiyini, daha sonra Fransa Senatının “qəbuledilməz və təhqiredici” qətnamə qəbul etdiyini xatırladıb.