Sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və avtomobilinin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü saxlanılıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşlar Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ - 21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar.
 
Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılmış və bu zaman onun sərxoş olması müəyyən edilib. Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 5176 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz