Dekabrın 9-da Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində duman ilə əlaqədar əsasən gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Xaldan-Mingəçevir, Giləzi-Xızı, Göyçay-Ucar, Goranboy-Tərtər, Bərdə-İstisu, Yevlax-Zaqatala, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.