Azərbaycan xarici işlər naziri 27 İran vətəndaşının Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsindən danışıb.
 
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı bir nəfər belə hər hansı izahat verməyib.
 
“Bizə bir adam da izahat vermədi ki, bu 27 nəfər kimdir, bizim ərazimizdə nə işlər məşğuldur?”, - XİN rəhbəri vurğulayıb.
 
Qeyd edək ki, ötən ilin dekabrında İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib.

Baxış sayı: 3770 | Tarix: 20.01.2023
Bizi Telegramda izləyin: @repostaz