Müğənni Doğuşun oğlu olduğunu iddia edən 22 yaşlı Seyid yeni açıqlaması ilə diqqət çəkib. 
 
BAKU.WS xəbər verir ki, o, aparıcı Xoşqədəm Hidayətqızının verilişinə canlı bağlanaraq bir müddət əvvəl etdirdiyi DNT testinin cavabı ilə razılaşmadığını bəyan edib. 
 
Doğuş isə Seyid oğlu olmadığı halda onu qəbul etməyə hazır olduğunu deyib. 
 
Bundan sonra Hidayətqızı həyat yoldaşının bu istəyinə qarşı çıxaraq əsəbiləşib. 
 
Xatırladaq ki, bu ilin yanvarın 9-da türkiyəli müğənni Doğuşun verdiyi DNT analizinin nəticəsi açıqlanıb. Nəticələrdə Seyidin 99,99% müğənninin övladı olmadığı ortaya çıxıb.
 
Məlumat üçün bildirək ki, Doğuş 2006-cı ildə Şeyma Uygun ilə evlənib. 2009-cu ildə cütlüyün yolları ayrılıb. Sənətçi 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ikinci dəfə ailə qurub. Onların  Arda və Arın adlı iki azyaşlı övladı var. 
 
Həmin görüntüləri təqdim edirik:
 


Baxış sayı: 29116 | Tarix: 24.01.2023
Bizi Telegramda izləyin: @repostaz