İsrail Hərbi Hava Qüvvələri İran ordusunun (SEPAH) yük maşını karvanını bombalayıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə "sm.news" portalı yazıb. 
 
Məlumata görə, SEPAH-ın avtomobil karvanı İraq və Suriya sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında qeydə alınıb.
 
Bildirilir ki, silah və kamikadze dron daşıyan 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. 
 
Hadisə yerində güclü yanğın baş verib.
 
Qeyd edək ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında da partlayışların baş verdiyi bildirilir. 
 
Məlumata görə, Mahabad şəhərində korpusun qərargahına hücumdan sonra yanğın baş verib. 


Baxış sayı: 10021 | Tarix: 30.01.2023
Bizi Telegramda izləyin: @repostaz