İran mediası xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.
Həmçinin məlum olub ki, Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətində Tehrandakı psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.
Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.
Qeyd edək ki, bundan öncə İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.