Naxçıvan Muxtar Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Onlardan biri İran vətəndaşıdır.

Araşdırmalar zamanı müəyyən edilib ki, Naxçıvan şəhər sakini 1993-cü il təvəllüdlü David Abdullayev idarə etdiyi “Naz Lifan” markalı avtomobili ilə əvvəlcədən tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib.
 
Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev və Kəngərli rayon sakini 1994-cü il təvəllüdlü Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar.
 
Onlardan satış üçün nəzərdə tutulan müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və 2 ədǝd preqabalin aşkar olunaraq götürülüb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Baxış sayı: 10819 | Tarix: 01.02.2023
Bizi Telegramda izləyin: @repostaz