Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
	 
	APA-nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.
	 
	Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.
	 
	Ekofəallar aksiyanın 57-ci günündə də müxtəlif şüarlar səsləndirirlər.
	 
	Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.