Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin baş verdiyi Kahramanmaraşa yollanıb.
 
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər xüsusi avtobuslarla Adanadakı Şakir Paşa Hava Limanından Kahramanmaraşa yola salınıb.
 
Azərbaycan FHN-in çevik xilasetmə qüvvələrinin ikinci qrupunun da yaxın saatlarda Adana Şakirpaşa Hava Limanına gələcəyi bildirilir.

Baxış sayı: 12909 | Tarix: 06.02.2023
Bizi Telegramda izləyin: @repostaz