Türkiyənin Hatay şəhərində dünən axşam baş verən 6.4 bal gücündə zəlzələdə 6 nəfər ölüb, 294 yaralı var, onlardan 18-nin vəziyyəti ağırdır. Bu barədə TRT Haber məlumat yayıb.
Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.