"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb". 
 
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. 
 
DİN rəsmisi əlavə edib ki, araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
 
Xqtırladqq ki, Azərbaycanı 2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb. 
 
99 RJ 449 dövlət nömrə nişanlı, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib və müğənninin avtomobilinə ziyan vurub. 

Baxış sayı: 26000 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz