“Akkuyu” pilot layihəsi Rusiya-Türkiyə çoxşaxəli tərəfdaşlığını gücləndirir.
 
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktoruna nüvə yanacağının gətirilməsinə həsr olunan rəsmi mərasimdə çıxışı zamanı bildirib.
 
“Türkiyə Prezidenti ilə qərara gəlmişik ki, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığı daha da inkişaf etdirək və qarşılıqlı investisiya qoyuluşunun həcmini artıracağıq.
 
Rusiya Türkiyənin enerji ehtiyaclarını ödəməyə davam edəcək.
 
Təbii qazın qiyməti getdikcə artacaq, lakin Türkiyə artıq nüvə enerjisinə sahibdir və ucuz enerji əldə edən ölkə olacaq. “Akkuyu”da dinc məqsədli nüvə enerjisinin bayrağı dalğalanacaq”, - deyə Rusiya lideri əlavə edib.
 
“Türkiyənin Ərdoğan kimi Prezidenti olmasaydı, uğurdan danışmaq çətin olardı”, - Vladimir Putin vurğulayıb.

Baxış sayı: 11142 | Tarix: 27.04.2023
Bizi Telegramda izləyin: @repostaz