“Akkuyu” Atom Elektrik Stansiyası 20 milyard dollarlıq bir yatırımdır.
 
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib “Akkuyu” AES-in nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasimində çıxışı zamanı bildirib.
 
O qeyd edib ki, “Akkuyu”nun tam işə salınması Türkiyəyə təbii qaz idxalını illik 1,5 milyard dollara qədər azaltmağa imkan verəcək. Ərdoğanın sözlərinə görə, bu iki ölkə arasında həyata keçirilən ən böyük layihədir.
 
Türkiyə lideri, ən qısa zamanda, ikinci və üçüncü AES-lərin də inşasının başlanılacağını vurğulayıb.

Baxış sayı: 11921 | Tarix: 27.04.2023
Bizi Telegramda izləyin: @repostaz