"Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".
 
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
 
A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir:
 
"Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda, Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".
Mərkəz direktoru vurğulayıb ki, ən çox yağıntı Goranboy rayonunun Yuxarı Ağcakənd rayonunda müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb.

Baxış sayı: 9223 | Tarix: 01.05.2023
Bizi Telegramda izləyin: @repostaz