Mayın 13-də Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
 
Futbol görüşünə marağı nəzərə alaraq, Bakı metropoliteninin əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq.
 
Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.
 
Sərnişinlərin oyun qurtardıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

Baxış sayı: 20148 | Tarix: 12.05.2023
Bizi Telegramda izləyin: @repostaz