Türkiyənin Antaliya şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyini birgə qeyd ediblər. Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsində keçirilən tədbirdə Azərbaycan qazilərini AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov təmsil edib. 
 
Görüşdə Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsinin Başqanı əməkli Albay Zeynal Abidin Sezer, Baçqan yardımçısı Esat Tonguç, ASKEF Başqanı Savaş Unal, Türkiyəli yazar Ali Küçük, Qazi Aydın Acar, Türkiyə-Rusiya üzrə vəkil Emilo Hüseynov, polkovnik Elmar Hüseynov və digər Qazilər iştirak ediblər.
 
Polkovnik Elmar Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Ordu quruculuğundakı tarixi rolundan danışıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış  Qələbədən ətraflı məlumat verib.
Antalya Müharibə Qaziləri Dərnəyinin Başqanı Albay Zenalabidin Sezer Türkiyə-Azərbaycan qardaşlığından bəhs etdi. ASKEF Başqanı Savaş Unal, Türkiyə-Rusiya üzrə vəkil Emil Hüseynov, Qazi Aydln Acar çıxış etdilər. Sonda ABMVİB-nin təsis etdiyi Fəxri Fərmanlar polkovnik Elmar Hüseynov tərəfindən təqdim edilib, birgə xatirə şəkilləri çəkilib.
 

Baxış sayı: 9280 | Tarix: 15.05.2023
Bizi Telegramda izləyin: @repostaz